Ağasəlim Mircavadov: “Samir Abasovu istefaya göndərsələr, kim gələcək?”

24.11.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Neftçi”nin dərdini orda işləyənlər bilir”.

Bu sözləri AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis paytaxt təmsilçisinin hazırkı durumu haqqında fikirlərini bölüşüb:

“Samir Abasova etibar etməlidirlər. Komandanı o, formalaşdırıb. Futbolda məğlubiyyətlər, səhvlər olur. Samir Abasovu istefaya göndərsələr, kim gələcək? Yenə xarici? Bilmirəm Samir özü getmək istəyir, ya rəhbərlik belə qərar verib, məncə, qış fasiləsinə qədər qalmalıdır. Rəhbərlik də baş məşqçinin istədiyi futbolçuları gətirib. Onlara sağ ol düşür. Düzdür, uğursuzluğa görə baş məşqçi məsuliyyət daşıyır. Daxildəki problemi özləri bilir. “Neftçi” hər il çempionluğa oynamalıdır, avrokuboklarda çıxış etməlidir. Klubun adı, azarkeşləri bunu tələb edir. Son qərar rəhbərliyindi. Fikrimcə, qışa qədər şans verilməlidir”, - deyə o, sport24.az-a açıqlamasında deyib.
Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasının XII turunda evdə “İmişli”yə 2:3 hesabı ilə uduzub. Komanda hazırda çempionatda 15 xalla 8-ci pillədə qərarlaşıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью