Ağasuda narkotik çəkən sürücü həbs olundu

13.08.2026

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Ağsuda yol polisi əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən 27 yaşlı Elçin Hüseynzadə saxlanılıb.

Lent.az xəbər verir ki, tibbi müayinə zamanı sürücünün narkotik vasitələr istifadə etdiyi məlum olub. E.Hüseynzadə barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью