Ağbənd Kəlalə körpüsü nə vaxt hazır olacaq?

23.01.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Araz çayı üzərində Ağbənd-Kəlalə avtomobil körpüsü Novruz bayramı ərəfəsində istifadəyə veriləcək.

Axar.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Bakıda keçirdiyi mətbuat konfrasında məlumat verib.

“Belə ki, layihə çərçivəsində dörd zolaqlı avtomobil yolunun salınması üzrə tikinti işləri aparılır. Azərbaycan tərəfi Araz dəhlizində həyata keçirilən layihələrə xüsusi maraq göstərir. Ağbənd körpüsünün istismara verilməsi iki ölkə arasında nəqliyyat-logistika əlaqələrinin genişlənməsinə, ticarət dövriyyəsinin artmasına və regional əməkdaşlığın daha da güclənməsinə mühüm töhfə verəcək”, - V.Cəlalzadə qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью