Ağbənd Kəlalə körpüsü yüklərin daşınmasını asanlaşdıracaq AÇIQLAMA

28.01.2026

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Araz çayı üzərində inşa edilən Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisinin Novruz bayramına qədər tamamlanması planlaşdırılır. Bu barədə İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Azərbaycanda jurnalistlərlə görüşündə bildirib.

Belə bir körpünün hansı əhəmiyyəti var?

İqtisadçı Xalid Kərimli Redaktor.az-a danışarkən bildirdi ki, körpünün başa çatması sərhədin açılması demək deyil:

"Sərhəd açılandan, sərhəd rejimi fəaliyyətə başlayandan sonra buradan Naxçıvana, Türkiyəyə gedən yüklərin və yaxud da Naxçıvandan, Türkiyədən Azərbaycanın əsas ərazisinə gələn yüklərin yolda olma müddəti azalacaq, daşıma xərcləri aşağı düşəcək. Çünki buradan Türkiyəyə, Naxçıvana gedənlər məcburi ya Biləsuvar gömrüyündən, ya da Astara gömrüyündən keçirdilər. Həm gömrüklərdə bəzən tıxac yaranırdı, həm də aparmaq xərcləri daha çox idi. Bu da təbii ki, gətirilən məhsulun, yükün qiymətini artırırdı".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью