Icma.az bildirir, Azertag portalına istinadən.
Ağcabədi, 10 iyun, AZƏRTAC
Ağcabədi rayonunda barama tədarükünə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda 129 kümçü tərəfindən 480 qutu ipəkqurdu toxumu bəslənilib. Rayon kümçüləri bir ay ərzində çəkdikləri zəhmətin bəhrəsini görürlər. Kümçülər tərəfindən gətirilən məhsul “Azəripək” MMC-nin nümayəndələri tərəfindən Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzində qəbul edilir. Qəbul məntəqəsində baramanın qəbulu üçün lazımi şərait yaradılıb.
Cari ilin ilk məhsulunu rayonun Hindarx qəsəbəsindən, Boyat və Hacılar kəndlərindən olan kümçülər təhvil veriblər. Mövsümün ilk günü kümçülərin yetişdirdikləri 249 kiloqram məhsul təhvil alınıb.
Müxbir – Tahir Ağaməmmədov