Ağcabədi sakini zəhərlənərək həyatını itirib

09.06.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Ağcabədi, 9 iyun, AZƏRTAC

Ağcabədidə 1 nəfər kimyəvi məhluldan zəhərlənərək ölüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1966-cı il təvəllüdlü Sərxan Şirinov kimyəvi məhluldan zəhərlənmə diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Müxbir - Tahir Ağaməmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью