Ağcabədidə 10 kq narkotik aşkarlanıb FOTO | Icma.az
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Ağcabədidə 10 kiloqram narkotik vasitə dövriyədən çıxarılıb.
"Cebheinfo.az" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunan Yelmar Atakişiyev tutulub.
Onun yaşadığı ünvandan 10 kiloqram 235 qram marixuana aşkarlanıb.
Y.Atakişiyevin narkotik vasitəni satmaq məqsədilə əldə etdiyi müəyyən olunub. Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə Y.Atakişiyev barəsində həbs qətimkan tədbiri seçilib.
"Cebheinfo.az" Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu