Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub.
Reyting.az xəbər verir ki, Avşar kəndində 2007-ci il təvəllüdlü Şükür Nəcəfov sürücülük vəsiqəsi olmadan anasına məxsus "Chevrolet Cruze" markalı avtomobili ağaca çırpıb.
Nəticədə özü hadisə yerində ölüb, avtomobildə olan sərnişin, 2008-ci il təvəllüdlü Sevər Quliyev xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb(Report).