Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Ağcabədi rayonunda doğuş zamanı ana ölüb, uşaq sağ qalıb.
“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, rayonun Avşar kənd sakini 2005-ci il təvəllüdlü Şərqiyyə Qasımova doğuş zamanı vəfat edib. Doğulan oğlan uşağı isə xilas edilib və sağdır.
Hazırda faktla bağlı araşdırma başlanıb, ölümün səbəbi araşdırılır.
Ziya Əmirxanlı