Ağcabədidə 24 yaşlı oğlanı cərəyan vuraraq öldürüb

29.06.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

Ağcabədi rayonunda 24 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayon ərazisində təmir-bərpa işləri aparılan zaman qeydə alınıb. "Azərişıq" ASC-nin əməkdaşı, 2002-ci il təvəllüdlü, Ağcabədi sakini Vəli Süleymanov elektrik dirəyində işləyərkən onu cərəyan vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью