Ağcabədidə 3 nəfər tutulub

05.08.2025

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ağcabədidə 10 kiloqrama yaxın marixuana və 4 kilqoramdan artıq həșiş aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mərbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

Əməliyyat zamanı rayon sakinləri Babək Ələkbərov, Samir Qədirov və qardaşı Ceyhun Qədirov qeyd edilən cinayət əməlində şübhəli bilindikləri üçün saxlanılıblar.

Onlardan 10 kiloqrama yaxın marixuana və 4 kilqoramdan artıq həșiş aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью