Ağcabədidə aqrar sahənin inkişafı üçün yeni imkanlar yaradılır

24.11.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ağcabədi rayonunda “Azərşəkər” MMC tərəfindən 2120 hektar sahədə 39 pivot suvarma sistemi qurulub, hər biri 3000 ton tutumlu 4 anbar istifadəyə verilib. “Ağcabədi taxıl” Aqroparkında isə 228,06 hektar sahədə intensiv meyvə bağları salınıb. Heyvandarlıq və istehsal müəssisələrinin yaradılması, texnikanın yenilənməsi istiqamətində də işlər görülür.

Bu barədə Ağcabədi Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın rayon üzrə icrası ilə bağlı keçirilən iclasda bəhs edilib.

Müzakirələrdə Prezident Administrasiyasının sektor müdiri, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq və Balıqçılıq siyasəti şöbəsinin müdiri və müvafiq qərargah üzvləri iştirak ediblər.

Görüşdə rayonda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, suvarma sistemlərinin qurulması, intensiv meyvə bağlarının salınması, heyvandarlıq təsərrüfatlarının genişləndirilməsi və emal infrastrukturunun yaradılması istiqamətində görülən işlər barədə məlumat verilib. Suvarma suyu, torpaq sahələrinin təyinatı, enerji təchizatı və güzəştli maliyyələşmə ilə bağlı məsələlər diqqətə çatdırılıb.

Dövlət Proqramının icrasının gedişini yerində öyrənmək məqsədilə heyvandarlıq təsərrüfatlarına baxış keçirilib. Baxış zamanı ətlik, südlük və damazlıq istiqamətləri üzrə heyvanlarla tanışlıq olub.

M.MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью