Ağcabədidə avtomat aşkarlanıb

23.04.2025

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ağcabədi rayonunda Aşağı Avşar kəndi ərazisində su kanalının kənarından silah-sursat aşkarlanıb.

Sfera.az DİN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əraziyə keçirilən baxış zamanı 1 ədəd "Kalaşnikov" avtomatı, 25 ədəd patron və həmin silaha məxsus daraq götürülüb.

Bundan əlavə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri müvafiq sənədləri olmayan 7 ədəd müxtəlif markalı ov tüfəngini polisə təhvil verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью