Ağcabədidə avtomobil aşıb, sürücü xəsarət alıb

07.03.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Ağcabədidə avtomobil aşıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Boyat kəndi ərazisində qeydə alınıb. 1993-cü il təvəllüdlü Murad İbrahimlinin idarə etdiyi avtomobil idarəetməni itirərək aşıb. Xəsarət alan sürücü Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

M.İbrahimlinin “Azərişıq” ASC-nin əməkdaşı olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью