Ağcabədidə avtomobil hasara çırpıldı FOTO

08.03.2025

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Ağcabədidə yol qəzası baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1993-cü il təvəllüdlü Tağıyev Səddam Allahverən oğlunun idarə etdiyi "VAZ" markalı minik maşını idarəetməni itirərək yol kənarındakı daş hasara çırpılıb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью