Ağcabədidə beş otaqlı ev yandı VİDEO

02.03.2025

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağcabədi rayonunda vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Gununsesi.info -ya bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus birmərtəbəli, beş otaqdan ibarət fərdi yaşayış evində baş verdiyi müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 252 kv.m. olan kürsülü beşotaqlı evin 2 otağının və mətbəxin yanar konstruksiyaları 76 kv.m. sahədə yanıb, 1 nəfər xəsarət alıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью