Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ağcabədi rayonunda çoxillik tut bağında yanğın başlayıb.
Axar.az Report-a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.
Yanğın Ağdam-Ağcabədi yolunun kənarında tut bağında başlayıb və qısa müddətdə bütün bağa yayılıb. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə bölmələrinin briqadaları cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Hadisənin başvermə səbəbi araşdırılır.