Ağcabədidə dəhşət Baş Prokurorluq məlumat yaydı

27.04.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

İki şəxsin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə "Yeni Sabah"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 

Aprelin 26-da Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakinləri 1996-cı il təvəllüdlü Şaiq Mamedov və 1989-cu il təvəllüdlü Həsən Mamedovun öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Əliniyaz Əliyevin şəxsi münasibətlər zəminində bıçaqla xəsarətlər yetirərək Şaiq və Mamedovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Əliniyaz Əliyev iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью