Ağcabədidə dəhşət: keçmiş xanımı və qayınanasını vəhşicəsinə döydü VİDEO

24.12.2024

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Ağcabədi rayonunda dəhşətli ailə zorakılığı baş verib.

Bakupost.az xəbər verir ki, 34 yaşlı Günel Bayramova keçmiş həyat yoldaşı Xalid Bayramov tərəfindən 5 yaşlı övladının gözü qarşısında vəhşicəsinə döyülüb. X.Bayramov onun başını dəfələrlə divara çırpıb. Qadın üzü və gözü göyərib.

Hadisəni törədən şəxs bununla kifayətlənməyərək keçmiş qayınanasını da döyüb.

Vəziyyəti ağır olan Günel Bayramova xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Xalid Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью