Ağcabədidə döngəyə sərt girən sürücü “Niva”nı aşırdı ANBAAN VİDEO

14.07.2025

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağcabədidə baş vermiş yol-nəqliyyat hadisəsi müşahidə kamerasına yansıyıb.

Avtosfer.az-ın məlumatına görə, qəza bir müddət əvvəl gecə saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2121” (Niva) markalı avtomobil idarəetmədən çıxaraq qəzaya düşüb. Videodan da göründüyü kimi, qəzaya səbəb sürücünün döngəyə yüksək sürətlə girməsi olub. Nəticədə anidən sükanı buraxan sürücü maşını aşırıb. Aşan maşın yol kənarındakı ağacı qopararaq səkiyə çırpılıb. Hadisə zamanı avtomobil yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən sürücü ciddi xəsarət almayıb.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью