Ağcabədidə əks yola çıxan kombayn “KamAZ”a çırpıldı VİDEO

24.12.2024

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Ağcabədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza dekabrın 23-də səhər saatlarında Taxta Körpü qəsəbəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan 99-BC-063 dövlət nömrə nişanlı “KamAZ” markalı maşın pambıq yığan kombaynla toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb kombayn sürücüsünün əks istiqamətli yola çıxması olub. Hadisə zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma davam edir. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью