Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Ağcabədi rayonunda ər və arvad bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Bakıvaxtı.az Teleqrafa istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında rayonun Ağabəyli kəndində baş verib.
Belə ki, 1993-cü il təvəllüdlü Əlimərdan Ağayev və həyat yoldaşı, 1999-cu il təvəllüdlü Mehparə Ağayeva bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılaraq əməliyyat ediliblər.
İlkin məlumata görə, Əlimərdan Ağayev əvvəlcə həyat yoldaşına bıçaqla xəsarət yetirib, daha sonra həmin bıçaqla özünə xəsarət yetirib.
Faktla bağlı araşdırma davam etdirilir.