Ağcabədidə ər arvadını bıçaqladı, sonra özünə xəsarət yetirdi VİDEO

17.07.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 16-da günorta saatlarında qeydə alınıb.

İlkin məlumata əsasən, rayon sakini, 1993-cü il təvəllüdlü Əlimərdan Ağayev həyat yoldaşı, 1999-cu il təvəllüdlü Mehparə Ağayevaya bir neçə bıçaq zərbəsi endirib. Daha sonra o, özünə də bıçaqla xəsarət yetirib.

Hər iki yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Mehparə Ağayevaya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью