Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağcabədi rayonunun Minaxorlu kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 370 kv.m. olan fəaliyyət göstərməyən ikimərtəbəli məktəb binasında baş vermiş yanğın genişlənərək yaxınlıqda yerləşən və fəaliyyətdə olan digər məktəb binasına keçməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində binanın yanar konstruksiyaları yanıb.
Yaxınlıqda yerləşən məktəb binası yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.
Bizim.Media