Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Ağcabədidə avtomobil piyadanı vurub.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Rəncbərlər kəndində baş verib.
48 yaşlı Xalıqverdi Rəhim oğlu Əsədov idarə etdiyi VAZ-2105 markalı avtomobillə yolu keçən 29 yaşlı Elməddin Səhrad oğlu Usubovu vurub. Yaralı yerləşdirildiyi Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı cinayət işi başlanıb.