Ağcabədidə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb FOTO

10.02.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağcabədidə iki minik avtomobili toqquşub.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə Hindarx-Borsunlu yolunda, Ağcabədi rayonunun Taynaq kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı minik maşını qarşıdan gələn “KİA” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Xəsarət alanlar 1986-cı il təvəllüdlü Məmmədov Mircəmal Mirxuda oğlu, 1988-ci il təvəllüdlü Məmmədov Mirhadi Ağa oğlu, 1993-cü il təvəllüdlü Nadirov Araz Rasim oğlu və 1985-ci il təvəllüdlü İsmayılov Əhliman Məhəmməd oğlu Ağdam mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью