Ağcabədidə mağazalardan silsilə oğurluq edən şəxsi polis saxladı VİDEO

18.02.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Ağcabədi Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən müxtəlif mağazalardan oğurluqlar edilməsi barədə məlumatlar daxil olub.

"Unikal" xəbər verir ki, keçirilən tədbirlər nəticəsində əvvəllər də eyni əmələ görə məhkum olunmuş Bəhram Yolçuyev saxlanılıb. Onun mağazalardan etdiyi oğurluqlar müşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. 

Faktla bağlı cinayət işi başlanılaraq araşdırma aparılır.

B.Yolçuyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью