Ağcabədidə maşın dirəyə çırpıldı 2 si uşaq olmaqla 4 nəfər yaralandı

25.10.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağcabədidə bir ailənin 4 üzvünün yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Arazbar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Hakim Hüseynov idarə etdiyi “VAZ-21014” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Qəza zamanı sürücü ilə yanaşı avtomobildə olan onun qardaşının həyat yoldaşı – 1983-cü il təvəllüdlü Adilə Hüseynova və azyaşlı övladları – 2021-ci il təvəllüdlü Fərqiyyə Hüseynova və onun qardaşı Umud Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью