Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı VİDEO

23.11.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Ağcabədidə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 22-də saat 18:40 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində baş verib.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “Mercedes”in ön hissəsinə yararsız vəziyyətə düşüb, yük maşınına da maddi ziyan dəyib. Minik avtomobilinin sürücüsü yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

bax.tvhttps://bax.tv/embed/229129.html

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью