Ağcabədidə “Mercedes” piyadanı vuraraq ağır yaraladı

09.11.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

Ağdam rayon sakini Elxan Ələkbər oğlu Şirinovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən piyada — Hindarx qəsəbə sakini, 1988-ci il təvəllüdlü Elmin Rüstəmovu vurub.
Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.
Qəza nəticəsində piyada müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Yaralı dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Orada həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra zərərçəkən vəziyyətinin ağırlığı səbəbindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına təxliyə edilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью