Ağcabədidə oğlan itkin düşdü, telefonu kanalın kənarından tapıldı

06.02.2025

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Ağcabədidə yeniyetmə itkin düşüb.

Lent.az-ın məlumatına görə, şəhərin Babək küçəsində yaşayan 17 yaşlı Həsənov Adil Əkbər oğlu fevralın 4-də evdən çıxaraq geri qayıtmayıb.

Bu barədə onun atası polisə müraciətində bildirib.

Araşdırma zamanı Adil Həsənova məxsus “Redmi” markalı mobil telefon Yuxarı Qarabağ kanalının kənarında tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью