Ağcabədidə PARTLAYIŞ: 5 ölü, 2 yaralı YENİLƏNİB

31.01.2025

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən parlayışın baş verməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.

***
12:38

Ağcabədidə dəhşətli hadisə baş verib. 

Lent.az xəbər verir ki, hadisə rayonunun Hindarx qəsəbəsində qeydə alınıb. 

Yaşayış evində baş verən partlayış nəticəsində 5 nəfərin öldüyü bildirilir.

Partlayışa nəyin səbəb olduğu hələlik məlum deyil.

Daxili İşlər Nazirliyindən Lent.az-a faktı təsdiqləyiblər.

Bildirilib ki, araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью