Ağcabədidə pendir istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

03.09.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 3 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən və fiziki şəxs Əhməd Kərəm oğlu Quliyevə məxsus olan pendir istehsalı müəssisəsində yoxlama keçiriblər.

Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, baxış zamanı istehsal müəssisəsinin icazəsi olmadan qanunsuz fəaliyyət göstərdiyi, etiketləmə, sanitar-gigiyenik tələblər və təmizliklə bağlı bir sıra nöqsanlar aşkar edilib.

Faktla bağlı inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, sahikara icrası məcburi göstərişlər verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью