Ağcabədidə pendir sexinin fəlaiyyəti məhdudlaşdırılıb VİDEO

06.10.2026

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Ağcabədi rayonu, Hacıbədəlli kəndində fəaliyyət göstərən fərdi sahibkar Rüstəmov Ruslan Eldar oğluna məxsus pendir sexində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı müəssisədə istismar olunan 1 ədəd buxar qazanının üzərində quraşdırılmış qoruyucu klapanın yoxlanılmadığı və texniki şəhadətləndirilməsinin aparılmadığı müəyyən edilib.

FHN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu çərçivədə, aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, buxar qazanının istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью