Ağcabədidə qanunsuz ov edən şəxslər saxlanıldı

19.11.2024

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Ağcabədidə qanunsuz ov edən şəxslər saxlanılıblar.

Teleqraf.com xəbər verir ki, Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı İ.Quliyev və qardaşı R.Quliyev saxlanılıblar. Onlardan 2 ədəd ov tüfəngi və müvafiq icazələri olmadan qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.

Həmin şəxslər barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью