Ağcabədidə qəza ölən və yaralanan var

25.04.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Ağcabədidə bir nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Report-un məlumatına görə, hadisə laçınlı məcburi köçkünlərin məskunlaşdığı Qayğı qəsəbəsində qeydə alınıb.

Belə ki, Laçın rayon sakini Quliyev Bakir Möhbalı oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobil Yevlax rayon sakini Bədəlov Azər Pənah oğluna məxsus "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Nəticədə "VAZ"ın sürücüsü hadisə yerində ölüb.

Maşında olan digər sərnişinlər - 1980-ci il təvəllüdlü Həsənov Habil Əli oğlu, 2008-ci il təvəllüdlü Həsənov Polad Habil oğlu, 2013-cü il təvəllüdlü Həsənov Murad Habil oğlu və 2014-cü il təvəllüdlü Həsənov Razi Surxay oğlu müxtəlif dərəcəli xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью