Ağcabədidə qəza: Sürücü öldü, sərnişin xəsarət aldı

06.08.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, 1986-cı il təvəllüdlü Musayev Eldəniz Eldar oğlu etibarnamə əsasında idarə etdiyi, Rüstəm Müzəffər oğlu Əliyevin mülkiyyətində olan “Naz Lifan” markalı avtomobillə Salmanbəyli kəndi istiqamətindən Ağcabədi şəhərinə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil əsas yoldan çıxıb.
Qəza nəticəsində sürücü Eldəniz Musayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Avtomobildə sərnişin qismində olan avtomobil sahibi Rüstəm Əliyev isə başın təpə nahiyəsinin kəsilmiş-soyulmuş yarası xəsarəti alıb.
Faktla bağlı ibtidai istintaq aparılır. (Trend.az)
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью