Ağcabədidə qəzada ölənlərin sayı 6 nəfərə yüksəlib

01.03.2025

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Dünən Ağcabədi rayonunda baş verən avtomobil qəzasında ölənlərin sayı altı nəfərə çatıb.


Sfera.az "Report"a istinadən xəbər verir ki, “Kia”  markalı minik avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Fəxri Rzayev qəza zamanı zərbənin təsirindən yolun kənarına düşüb.


Onun meyiti sonradan tapılaraq aidiyyəti üzrə təhvil verilib.


Faktla bağlı cinayət işi başlanılıb.


Xatırladaq ki, fevralın 28-də baş verən avtomobil qəzasında 5 nəfərin ölüm faktı qeydə alınmışdı. 
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью