525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonunun Xocavənd kəndində fəaliyyət göstərən və Zaur Zeynal oğlu Şirinova məxsus “Xocavənd” kafesində yoxlama keçirib.
525.az-a Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik norma və qaydalara əməl edilmədiyi aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.