Ağcabədidə yanacaqdoldurma məntəqəsi PARTLADI

21.08.2025

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağcabədi rayonunda maye qazdoldurma məntəqəsində partlayış olub.

Redaktor.az xəbər verir ki, hadisə Mingəçevir - Bəhrəmtəpə magistral yolunun Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində fəaliyyət göstərən maye qaz doldurma məntəqəsində qeydə alınıb. Partlayış zamanı 3 nəfər ağır dərəcəli yanıq xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb, onlardan biri reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью