Aǧcabədidə yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

11.08.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının rayon sakini A.Xəlilov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 70 sot əkin sahəsi yanıb.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью