Ağcabədidə yol qəzası: piyada öldü

29.01.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ağcabədidə qəza zamanı piyada ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Zərdab Ağcabədi yolunun Taxta körpü qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Binnətəliyeva Esmira Tofiq qızı idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən kişini avtomobillə vurub.

Xəsarət alan şəxs hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi başlanıb, qəza zamanı ölənin kimliyi araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью