Ağcabədidə yol qəzasında 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

26.02.2025

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Lada Priora” və KamAZ” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadası ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью