Ağcabədidə yoldan çıxan “Mercedes” dərəyə düşdü VİDEO

27.05.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza mayın 26-da səhər saatlarında Məmməd Əmin Rəsulzadə prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan 50-CP-698 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yoldan çıxaraq dərəyə düşüb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb  yüksək sürət həddi olub. Hadisə zamanı xəsarət alan olmasa da avtomobilə maddi ziyan dəyib.

Qeyd edək ki faktla bağlı araşdırma davam edir.

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью