Ağcabədidə Zəfər və Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib | Icma.az
Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən. Noyabr ayının 6-da YAP Ağcabədi rayon təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü müna
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini və “Şəhidlər Xiyabanı”nı ziyarət edib.
Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə məruzə edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov xalqımız üçün əlamətdar olan Zəfər Günü və Dövlət Bayrağı Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, döyüşlərdə Vətənə, torpağımıza, müstəqil Azərbaycana, millətimizin bu gününə və gələcəyinə sədaqət göstərmiş hər bir vətəndaşımıza minnətdarlığımı bildirir, şəhidlik zirvəsinə yüksələn, canından keçən qəhrəmanlarımızı dərin ehtiramla anıram.
R.Əhmədov çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qazanılmış və Azərbaycan xalqının və dövlətinin qüdrətinin rəmzinə çevrilmiş bu möhtəşəm Zəfərin tarixi əhəmiyyəti bir əsrin hüdudlarına sığmır.
Bu müharibə nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulmuş, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə birlikdə, son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirilmiş və xalqımızın tarixi taleyi ilə bağlı olan son dərəcə mühüm bir məsələ həll edilib.
8 Noyabr Zəfəri müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi olmuşdur.
Sevindiricidir ki, 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanaraq uzun illərdir qəlbimizdə yaşatdığımız “Bayrağımız Qarabağda dalğalansın” arzumuzu da gerçəkləşdirdik.
Tam oxu
Xəbəri oxu