Ağcabədidə zəncirvari qəza: xəsarət alan var Foto

08.03.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ağcabədidə zəncirvari qəza qeydə alınıb.

Axar.az xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində baş verib.

Belə ki, hərəkətdə olan VAZ-2106, "Mersedes" və "Hunday" markalı avtomobillər toqquşub.

Nəticədə VAZ-2106-nın sürücüsü 1993-cü il təvəllüdlü Ehtiram Atamoğlan oğlu Nadirov müxtəlif dərəcəli xəsarətlə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью