Ağcakənddə məskunlaşan yeganə ailə: 30 yaşımda çıxdığım torpağa 63 yaşımda qayıtdım VİDEO

25.09.2025

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Laçının Ağcakənd kəndində məskunlaşan yeganə ailə - Əmirovlar Baku TV-yə müsahibə veriblər.
Bizim.Media xəbər verir ki, doğma yurduna illərlə həsrət qaldığını söyləyən Mirağa Əmirov indi sevincinin həddi-hüdudu olmadığını bildirir.
"30 yaşımda çıxdığım torpağa 63 yaşımda qayıtdım. Amma özümü elə 30 yaşımda hiss edirəm. Ata yurduma gətirdiyim təsərrüfatımı genişləndirəcəyəm", - deyə sakin söyləyib.
Şənhəyat Əmirova isə Laçından çıxmalı olduqları günü xatırlayıb:
"Buradan çox pis vəziyyətdə getdik. Üç uşağımızı və onların paltarlarını götürüb ağlaya-ağlaya çıxdıq. İndi öz torpağımıza qayıtmışıq, çox sevincliyəm".
Ətraflı süjetdə:


Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью