Ağcakənddə qəza: İki yük maşını toqquşdu VİDEO

12.12.2024

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza dekabrın 11-də səhər saatlarında Ağcakənd kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-XJ-404 dövlət nömrə nişanlı “Howo” markalı yük maşınıyla eyni markalı nəqliyyat vasitəsi toqquşub. İddialara əsasən, qəzaya səbəb    sürücülərdən birinin idarəetməni qəfil itirməsi olub. Nəticədə hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikədən hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью