Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir. Ağcaqanadlar...
Yayla birgə gəlirlər və onların bizi dişləmələri də istilər kimi dözülməzdir.
Dişlədikləri yer dayanmadan qaşınır, dərimizdə ləkələrin əmələ gəlməsinə səbəb olur.
Hesablamalara görə, hər il 1 milyon adam ağcaqanad dişləməsinə görə həyatını itirir.
Beləcə, ağcaqanadlar dünyada ən çox insan “öldürən” həşəratlar kimi tanınır. Bu yay ağcaqanadlardan yaxa qurtarmaq üçün 10 məsləhətim var.
1. Tünd rəngli paltarlar geyinməyin. Ağcaqanadlar tünd rənglərdə özlərini təhlükəsiz hiss etdiyindən paltarınız onları tez cəlb edəcək.
Ağcaqanadların sizi dişləməsini istəmirsinizsə, ağ, sarı rəngli paltarlara üstünlük verin.
Bu həşəratların ən sevdikləri rənglər qırmızı və qaradır. 2. Sarımsaq və soğan ağcaqanadların düşmənidir.