Ağcaqanadlar!!! | Icma.az
Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq. Yayda ağcaqanadlar ən böyük problemlərdən birinə çevrilir.
Ağcaqanadlarla mübarizədə insanlar müxtəlif vasitələr istifadə edir.
Lakin onu da bilmək lazımdır ki, bu vasitələr heç də ziyansız deyil və onların düzgün istifadə edilməməsi insanın səhhətinə ciddi ziyan vura bilər.
Ən tez-tez istifadə olunan ağcaqanad əleyhinə preparatlar quru ("lövhəciklər") və maye şəklində olanlardır.
Bu preparatlar xüsusi "fumiqator" adlandırılan aparata yerləşdirilir və aparat qızdıqda preparatın tərkibində olan maddə (zəhər) buxarlanaraq ağcaqanadları öldürür.
Rozetkaya taxdıqdan 30 dəqiqə sonra vasitə ağcaqanadlara təsir etməyə başlayır.
Fumiqator yalnız 1-2 saat ərzində elektrik rozetkada qalmalıdır. Bu kifayət edir.
Nəzərinizə çatdıraq ki, bu zaman otağın pencərələri açıq olmalıdır.
Tam oxu
Xəbəri oxu